30 iyun 2023 16:39
412

Lunyov yarımfinalda uduzub

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksələ bilməyib.

“İki sahil” xəbər verir ki,  ikiqat Avropa çempionu qrup formatında təşkil olunan yarımfinalda mübarizəni dayandırıb.

Qrupu sonuncu - 4-cü pillədə tamamlayan Lunyov Oyunlarla vidalaşıb.