Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında yarımfinala yüksələ bilməyib.
“İki sahil” xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 1/8 finalda İtaliya yığmasına uduzub - 42:45.
Azərbaycan millisi 5-ci yer uğrunda mübarizə aparacaq.