30 iyun 2023 00:47
451

İstanbul klubu Kannavaro ilə danışıq aparır

Fabio Kannavaro Türkiyədə çalışa bilər.

"İki sahil" "Football İtalia"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə Superliqa təmsilçisi "Fatih Karagümrük" danışıq aparır. İstanbul klubu müqaviləsini yeniləmədiyi Andrea Pirlonu həmyerlisi ilə əvəzləmək istəyir.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü son olaraq "Benevento"nu çalışdırıb.