30 iyun 2023 00:03
453

"Çelsi"nin futbolçusu "Mançester Yunayted"ə keçdi

"Çelsi"nin futbolçusu Meyson Maunt "Mançester Yunayted"ə keçib.

"İki sahil" "The Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün London klubuna 69 milyon avro ödəyib.

24 yalı yarımmüdafiəçi 2022/2023 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun "Çelsi" ilə müqaviləsi 2024-cü ilin iyununa qədər idi.