29 iyun 2023 21:17
460

Qadın güləşçimizdən bürünc medal

İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə millimizin üzvü Əsmər Can kurtaran bürünc medal görüşünə çıxıb.

İsveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələn idmançımız Avropa çempionatının bürünc medalını qazanıb. 

Bu gün mübarizəyə qoşulan Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffreyə (14:4), slovakiyalı Kristina Basixə (14:6) və türkiyəli Emine Çakmaka (4:1) qalib gələrək finala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova ilə qarşılaşacaq.