29 iyun 2023 20:46
607

Fərid Qayıbov “MINEPS”in 2 ildən bir keçirilməsini təklif edib

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov UNESCO-ya Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransının (MINEPS) hər 2 ildən bir keçirilməsini təklif edib.

“İki sahil” xəbər verir ki, bunu nazir Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin 7-ci Beynəlxalq Konfransının (MINEPS VII) yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə konfranslar tez-tez keçirilsə, daha səmərəli olar: “Bu cür tədbirlər həm də ikitərəfli əməkdaşlığın və danışıqların inkişafı üçün yaxşı platformadır”.

O xatırladıb ki, bu gün Azərbaycan və Braziliyanın İdman Nazirlikləri arasında da anlaşma memorandumu imzalanıb.