29 iyun 2023 19:48
461

Nazir: Bu forum idman dünyası üçün çox əhəmiyyətli oldu

"Bu forum idman dünyası üçün çox əhəmiyyətli oldu". 

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı - MINEPS VII-nin yekunlarına həsr olunan edilmiş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, konfrans ümumilikdə 4 gün davam etdi: "Təbii ki, hər şey çox maraqlı idi. Bu gündə bir çox məsələləri biz müzakirə etdik. Biz konfransın sonunda "Bakı müqaviləsini" imzaladıq. Çox uzaqlardan gələn nazirlər var ki, bu konfransda iştirak etmək üçün məhz Bakıya üz tutublar".