29 iyun 2023 19:17
421

Avropa Oyunları: Azərbaycan badmintonçuları çıxışlarını başa vurublar

Azərbaycanın qadın badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

“İki sahil” xəbər verir ki, kişi badmintonçu Edi Reski Dviçayodan sonra o da fərdi kateqoriyada 1/8 final mərhələsində mübarizəni dayandırıb.

Zəhra bu raundda İsveçrə təmsilçisi Jenjira Stadelmanna məğlub olub. Azərbaycan idmançısı ilk hissəni öndə tamamlasa da, ümumilikdə 1:2 (21:16, 12:21, 15:21) hesabı ilə uduzub.