29 iyun 2023 18:54
442

Dino Ndlovu klubunu dəyişdi

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, ötən mövsümün ikinci yarısını "Boluspor"da keçirən 33 yaşlı hücumçu "Sakaryaspor"da çıxış edəcək. Bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cənubi afrikalı forvardla 2023/2024 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.