28 iyun 2023 22:42
522

Avropa Oyunları: Sərxan Əliyev yarımfinala yüksələ bilməyib

Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb. Dünya çempionatının mükafatçısı 1/4 finalda Makan-Vie Traore (Fransa) ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, döyüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Fransalı boksçu 3:2 (28:29, 30:27, 30:27, 29:28, 27:30) hesabı ilə qalib gəldiyindən Sərxan yarışda çıxışını bitirib.

Qeyd edək ki, bu gün daha 1 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasu (Yunanıstan) sınağa çəkəcək.