"Real"ın futbolçusu Federiko Valverde 5 oyunluq cəzalandırıla bilər.
“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Uruqvaylı yarımmüdafiəçi 2022/23 mövsümündə, La Liqanın 28-ci turunda “Vilyarreal”la matçdan (2:3) sonra dayanacaqda rəqibin oyunçusu Aleks Baenanın üzünə yumruq vurmuşdu.
İstintaq hakimi RFEF İdman Yarışları Komitəsinə Valverdeyə 5 oyunluq cəza verilməsini təklif edib. Komitə bu təkliflə razılaşarsa, Federiko növbəti La Liqa mövsümünün əvvəlində "Atletik", "Almeriya", "Selta", "Xetafe" və "Real Sosyedad"la oyunları buraxacaq.