Azərbaycanın qadın badmintonçuları Era Məftuha və Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında cütlərin kateqoriyasında çıxışlarını başa vurublar.
“İki sahil” xəbər verir ki, tandem D qrupunda 3-cü - sonuncu görüşünü keçirib.
İlk iki oyununda İspaniya və Niderlanddan olan rəqiblərinə 0:2 hesabı ilə məğlub olan cütlük bu dəfə Serena Au Yunq - Katarina Hoçmeyr (Avstriya) tandeminə qalib gəlib. Azərbaycan yığması 2:1 (16:21, 21:19, 21:17) hesabı ilə qələbə qazansa da, 1/4 finala yüksələ bilməyib.
Qeyd edək ki, kişi badmintonçu Edi Reski Dviçayo və onun qadın həmkarı Keyşa Fatimə Zəhra fərdi kateqoriyada 1/8 final mərhələsinə yüksəliblər.