28 iyun 2023 20:34
406

"Atletiko"dan "Marsel"ə

"Atletiko"nun yarımmüdafiəçisi Joffre Kondoqbia "Marsel"ə keçəcək.

"İki sahil" jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Fransa klubu futbolçunu 8 milyon avroya transfer etmək üçün Madrid təmsilçisi ilə razılığa gəlib.

Fransalı yarımmüdafiəçi ilə 2027-ci ilə qədər müqavilə imzalanacaq. 

Kondoqbia ötən mövsüm La Liqada 20 oyuna çıxıb və 2 qolun ötürməsini verib.