28 iyun 2023 14:41
480

Avropa Oyunları: Azərbaycan qılıncoynadanları Türkiyəyə də məğlub olublar - YENILƏNIB

Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki,  yığma sablya növü üzrə 9-16-cı yerlər uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Ayxan Xasiyevdən ibarət komanda rəqibinə 31:45 hesabı ilə məğlub olub. Sablyaçılar 13-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda bu gün Macarıstana 25:45 hesabı ilə uduzub.