27 iyun 2023 23:37
713

Qulyelmo Vikario "Tottenhem"də

"Tottenhem" yeni qapıçı alıb.

“İki sahil” xəbər verir ki, London təmsilçisi "Empoli"dən Qulyelmo Vikarionun keçidini həll edib.

Onunla 2028-ci ilə qədər müqavilə imzalanıb. Bu transfer üçün "Tottenhem" İtaliya klubuna 19 milyon avro ödəyib. 

Qeyd edək ki, italiyalı qolkiper "Udineze", "Kalyari" və "Peruca"da da çıxış edib.