Türkiyənin "Adana Demirspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Superliqa təmsilçisini Patrik Klyuvert çalışdıracaq. Niderlandlı mütəxəssislə razılıq əldə olunduğu bildirilib. Məşhur veteran futbolçu "Adana Demirspor"da Vinçentso Montellonu əvəzləyəcək.
Qeyd edək ki, Patrik Klyuvert Niderland və Kamerun milli komandalarında köməkçi məşqçi, "Ayaks"ın U-19, "Tvente"nin isə U-21 komandasında baş məşqçi kimi çalışıb.