27 iyun 2023 20:32
440

MINEPS VII konfransının nəticələrinə əsasən Bakı Bəyannaməsi qəbul ediləcək

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) yekunlarına əsasən, Bakı Bəyannaməsinin qəbulu planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov MINEPS VII çərçivəsində nazirlərin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Biz bir ildir ki, bu konfransa hazırlaşırıq, çox iş görülüb”, - nazir bildirib.

O, konfransda COVID-19 pandemiyasının mənfi nəticələrinin aradan qaldırılması və idmanın inkişafına yönəlmiş “Həyat üçün uyğun” təşəbbüsünə xüsusi diqqət yetirildiyini vurğulayıb.