27 iyun 2023 19:54
415

Bakıda MINEPS VII çərçivəsində nazirlərin görüşü başa çatıb

Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində nazirlərin görüşü başa çatıb.

“İki sahil” xəbər verir ki, ümumilikdə konfrans öz işini iyunun 29-dək davam etdirəcək.

Konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox xarici nümayəndə iştirak edir.

Konfransın sonunda UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Həyat üçün uyğun” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki hərəkətsizliyin azaldılması siyasətinin hazırlanmasıdır.