27 iyun 2023 17:49
555

Rabyo "Yuventus"da qalacaq

İtaliyanın "Yuventus" klubu futbolçusu Adrian Rabyo ilə müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildən "Yuventus"da çıxış edən Rabyo 2018-ci ildə Fransa milisi ilə dünya çempionatının qalibi olub.