Polşada keçirilən III Avropa Oyunlarının atıcılıq yarışları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün qarışıq komandaların tapança ilə 25 metr məsafəyə atəşaçma yarışına start verilib.
Azərbaycan yığması da təsnifat mərhələsində gücünü sınayıb. Ruslan Lunyov və Nigar Nəsirova hədəf önünə keçiblər.
Onlar yarışı 525 xalla başa vurublar. Təmsilçilərimiz 9 komanda arasında sonuncu olublar.
Qeyd edək ki, Oyunların arxada qalan altı günündə Azərbaycan səkkiz medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürünc əyarlıdır. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc mükafat əldə ediblər.