27 iyun 2023 09:21
471

"Qarabağ" bu gün Avstriyada ilk yoxlama oyununu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstan çempionu "Ferentsvaroş"la üz-üzə gələcək.

"Leerberg Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.