27 iyun 2023 02:31
553

Ruben Loftus-Çik “Milan”a keçir?

Ruben Loftus-Çik “Milan”a 20 milyon avroya başa gələcək.

“İki sahil” xəbər verir ki, Fabrizio Romanonun sözlərinə görə, “Çelsi”nin yarımmüdafiəçisi 16 milyon avroya alınacaq, daha 4 milyonu isə bonus olaraq veriləcək.

Hazırda tərəflər son detalları müzakirə edirlər.

Həmçinin, “rossonerilər” qapıçı Marko Sportiello ilə müqavilə imzalamağa yaxındır. İyunun 27-də “Atalanta”dan azad agent kimi ayrılan futbolçu tibbi müayinədən keçəcək.

“Milan”ın başqa bir transferi “Latsio”dan Luka Romero olacaq. Yarımmüdafiəçi ilə danışıqlar demək olar ki, yekunlaşıb və o, yeni komandasına qoşulacaq.