Rusiyanın İdman Nazirliyi Qarışıq Döyüş Növləri İttifaqının (MMA) akkreditasiyasını üç ay müddətinə dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Müvafiq əmri iyunun 15-də idman naziri vəzifəsini icra edən Azat Kadırov imzalayıb. Sərəncamın icrasına nəzarət idman nazirinin müavini Odes Baysultanova həvalə edilib.
İyunun 4-də Amur vilayətinin Beloqorsk şəhərində gənclər arasında keçirilən yarışlarda dəbilqəsiz döyüşən yeniyetmə döyüş zamanı başından güclü zərbə alıb. O, xəstəxanaya yerləşdirilib və daha sonra reanimasiyada dünyasını dəyişib.