26 iyun 2023 18:10
531

"Zirə" sabiq məşqçisi ilə müqavilə imzalayıb

“Zirə” klubu yeni məşqçi ilə anlaşıb.

Qəsəbə təmsilçisindən “İki sahil”ə verilən məlumata görə, Borçe Xristovla 2 illik müqavilə imzalanıb.

Şimali Makedoniyalı mütəxəssis əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, Borçe Xristov 2020-ci ildə də “Zirə”də çalışıb.