26 iyun 2023 17:34
460

Azərbaycan taekvondoçuları III Avropa Oyunlarını iki medalla başa vurublar

Azərbaycan taekvondoçuları Polşada keçirilən III Avropa Oyunlarını iki medalla başa vurublar.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, buna Taleh Süleymanovun (87 kq) medal şansını itirməsi səbəb olub.

Onun 1/8 finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxman növbəti raundda yenilib.

Qeyd edək ki, taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc mükafat qazanıb.