İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçin müqaviləsinin müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.
Qeyd edilib ki, xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə yeni sözləşmə imzalanıb.
37 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir.