26 iyun 2023 13:44
496

III Avropa Oyunları: Azərbaycan atıcısı finala yüksələ bilməyib

Azərbaycan atıcısı Nigar Nəsirova Polşada təşkil olunan III Avropa Oyunlarında növbətini çıxışını edib.

“İki sahil” xəbər verir ki, idmançı tapança ilə 25 metr məsafəyə atəş açmada təsnifat mərhələsini 568 xalla başa vurub.

35 iştirakçı arasında 25-ci yeri tutan Nəsirova finala yüksələ bilməyib.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.