Lionel Messi ad günü şərəfinə Rosariodakı bayraq abidəsinin işıqlandırılmasından məmnun qalıb.
“İki sahil” xəbər verir ki, iyunun 24-də Argentina millisinin kapitanının 36 yaşı tamam olub.
Bununla əlaqədar onun doğma şəhərində dövlət bayrağı üçün ucaldılmış abidə üzərində futbolçunun silueti və təbrik mesajı proyeksiya edilib.
Forvard görüntüləri sosial şəbəkədə yerləşdirərək təbriklərə görə təşəkkür edib.