25 iyun 2023 15:27
476

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni bir medalla başa vurublar

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqəni bir medalla başa vurublar.

“İki sahil”in məlumatına görə, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.

100 kq-dakı Zelim Kotsoyev üçüncülük qarşılaşmasında rusiyalı Arman Adamyana uduzub.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri bürünc medal uğrunda görüşdə yerli cüdoçu Tsetsentsengel Odxuuya məğlub olub.

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.