Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiya Futbol İttifaqının FIFA və UEFA-ya üzvlükdən azad edilməsini istəyir.
“İki sahil” UAF-ın rəsmi saytına istinadən xəbər verir ki, assosiasiya artıq bununla bağlı ali və Avropa futbol qurumlarına çağırış edib.
Qərar İcraiyyə Komitəsinin son iclasında qəbul olunub. Bu addım Rusiyanın yeni ərazilərindən olan futbol klublarının yerli yarışlara inteqrasiyası ilə əlaqədar atılıb.
Daha əvvəl UEFA Krım klublarının Rusiya Futbol İttifaqının keçirdiyi turnirlərdə iştirakına qadağa qoyub.