25 iyun 2023 13:00
465

Azərbaycan gimnastları Avstriyaya təlim-məşq toplanışına yollanıblar

Azərbaycanın bədii gimnastları Azadə Atakişiyeva, Alina Kolesnikova, Yelizaveta Yefremova, Zəhra Tahirova Avstriyanın Obertraun şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, idmançılar hazırlıq prosesi ilə bağlı sözügedən ölkəyə yollanıblar.

Qeyd edək ki, toplanış iyulun 1-dək davam edəcək.