25 iyun 2023 09:51
518

"Qəbələ” iki futbolçusu ilə yollarını ayırdı

"Qəbələ” müqaviləsi sona çatan iki futbolçu - müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə yollarını ayırıb.

“İki sahil” klubun saytına istinadla bildirir ki, futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib.

“Qəbələ” İdman Klubu Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib.