25 iyun 2023 09:35
445

Gürcüstandakı Avropa çempionatında azarkeş rekordu qeydə alınıb

21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Avropa çempionatında yeni rekord qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Tbilisidəki "Dinamo Arena"da baş tutan Gürcüstan - Belçika (2:2) oyununu tribunadan 41 887 tamaşaçı izləyib.

Əvvəlki rekord 2002-ci ildə İsveçrə - İtaliya (0:0) görüşündə olub. Həmin qarşılaşmada 30 min azarkeş iştirak edib.

Qeyd edək ki, U-21 Avropa çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Final matçı iyulun 8-də gerçəkləşəcək.