25 iyun 2023 09:09
437

III Avropa Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə çıxış edəcəklər

Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

“İki sahil” xəbər verir ki, yarışın altıncı günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.

Muay-tay və qılıncoynatmada dörd, atıcılıq və boksda üç, taekvondoda isə iki idmançı qüvvəsini sınayacaq.

25 iyun

Atıcılıq

11:00. Regina Meftahətdinova, Nurlana Cəfərova (skit)
11:15. Nigar Nəsirova (25 metr məsafədən tapança ilə atəşaçma)

Taekvondo

Qadınlar

11:36. 67 kq. 1/8 final. Fəridə Əzizova - Atanasia Mitsopoulou (Yunanıstan)

Kişilər

12:35. 74 kq, 1/8 final. Eltac Qafarov - Lukaş Çudnoç (Polşa)

Qılıncoynatma

15:00. Kişilər, sablya, qrup mərhələsi (Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev)

Boks

15:45. Kişilər, 63,5 kq, 1/8 final. Malik Həsənov – Din Klinsi (İrlandiya)
16:15. Kişilər, 71 kq, 1/16 final. Sərxan Əliyev – Mixal Takacs (Slovakiya)
17:15. Kişilər, +92 kq, 1/16 final. Məhəmməd Abdullayev – Uğur Aydemir (Türkiyə)

Muay-tay

Kişilər
16:25. 67 kq, 1/4 final. Xəyal Əliyev – Giorgi Kleyn (Gürcüstan)
18:10. 71 kq, 1/4 final Məhəbbət Hümbətov – Yakub Rajevski (Polşa)

Qadınlar
19:10. 57 kq, 1/4 final. Aysun Dərvişova – Zelyana Pitesa (Xorvatiya)
20:10. 63,5 kq, 1/4 final. Emiliya Rzayeva – Nora Kornoll (Fransa)