Bu gün Azərbaycan-İsrail münasibətləri yüksələn xətlə inkişaf edir. Bu çox sevindirici və qürurverici haldır. İki ölkə arasında dostluq əlaqələrinin kökü vardır. Bu kökü isə hələ sovet dönəmindən öncə tarixən burada yaşayan yəhudi qardaş və bacıları olub. O vaxtdan da bu günə qədər bizim münasibətlər yalnız inkişaf edib.
Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar.
İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim Dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Onların iki ölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük əməkləri vardır.
Bu günlərdə qurulan yeni münasibətlərimiz də çox yaxşı inkişaf edir. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açılıb, hazırda mühüm layihələr həyata keçirilir, iqtisadi münasibətlər inkişafdadır və hərbi texnologiyalarla münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə, kənd təsərrüfatında İsrailin böyük bir təcrübəsi var və o layihələr indi Azərbaycanda, həm də Qarabağda həyata keçirilir.
Bu və digər məsələlər may ayının 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkbətək və geniştərkibli görüşləri zamanı müzakirə edilib. Qeyd edilib ki, iki xalq arasında çox sıx əlaqələr vardır. Azərbaycanda yaşayan yəhudilər ölkəmiz haqqında çox müsbət fikirlər ifadə edirlər. Onlar Bakını əsl sevənlərdəndir. Həmçinin Azərbaycana və Bakıya yüzlərlə mahnılar bəstələyib, bizim mədəniyyətimizi, qonaqpərvərliyimizi çox bəyənirlər. Münasibətlərimiz strateji münasibətlərdir. Biz strateji müttəfiqik və bir-birimizə beynəlxalq arenada dəstəyik.
Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir.
Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir.
Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri də məhz İsrail olmuşdur. Həmin dövrdən hər iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və digər sahələrdə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar və turizm sahələrində də əlaqələr genişlənib və inkişaf edib. Bu gün iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyard dollardan çoxdur. Hazırda İsrailin neftə olan tələbatının xeyli hissəsini Azərbaycan təmin edir. Bütün bunlar onu deməyə əsas verir ki, İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq gələcəkdə də geniş müstəvidə davam edəcəkdir.
Azərbaycan Respublikası ilə İsrail arasında rəsmi əlaqələr də intensiv şəkildə inkişaf edir. Bildiyiniz kimi, mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi genişlənməsi işlərində mühüm əhəmiyyət kəsb edir və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri oldu. Görüşdə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, səhiyyə, təhsil, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb, iki dövlət arasında bir sıra sənədlər imzalandı. Prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.
Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Hər zaman olduğu kimi İkinci Qarabağ müharibəsi ərəfəsində də İsrail Azərbaycanın yanında olmuş, hərbi sahədə dəstəyi ilə yanaşı, beynəlxalq arenada da ölkəmizə siyasi dəstək vermişdir.
Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq əlaqələri vardır. Bu ilin 29 mart tarixində İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirildi. Əminliklə deyə bilərik ki, səfirliyin açılışından sonra münasibətlər bundan sonra daha da dərinləşəcək eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaqdır.
Ülkər Məmmədzadə,
6 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının fəalı