03 iyun 2023 18:27
425

Taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb.

“İki sahil” xəbər verir ki, iyunun 4-də baş tutacaq qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin idmançılarının rəqibləri də bəlli olub. Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) - Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Həmidrza Bədriəliabadi də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) - Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.