03 iyun 2023 14:45
398

Eltac Qafarov 1/4 finala yüksəlib

Azərbaycan taekvondoçusu Eltac Qafarov Bakıda keçirilən dünya çempionatında ikinci döyüşünü keçirib.

“İki sahil” xəbər verir ki,  74 kq çəki dərəcəsində dayanq üzərinə çıxan təmsilçimiz 1/8 finalda Sebastian Tune (Norveç) ilə döyüşüb. Görüş Qafarovun 2:0 hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda xorvatiyalı Marko Qoluboçlə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatına iyunun 4-də yekun vurulacaq.