03 iyun 2023 09:00
413

Daha iki taekvondoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki,  74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq. Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.