03 iyun 2023 08:07
381

"Neftçi", yoxsa "Qəbələ"?

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək. “İki sahil” xəbər verir ki, , həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcəklər. "Bakcell Arena"da oynanılacaq matç saat 20:00-da başlayacaq. İndiyədək komandaların ölkə kubokunda yolları üç dəfə kəsişib. 9 il əvvəlki finalda “Neftçi” penaltilərlə qalib gəlib.

Yarımfinal duellərində isə komandalar hərəyə bir dəfə mərhələ adlayıblar. Kubokdakı 5 görüşdə klublar hərəyə 1 qələbə qazanıblar, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində "qırmızı-qaralar"ın cüzi üstünlüyü var - 7:6.

Azərbaycan Kuboku
Final
3 iyun
20:00. "Neftçi" - "Qəbələ"
"Bakcell Arena" stadionu