Sabahkı matçın əhəmiyyətini dərk edirik.
“İki sahil” xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis komandasına güvəndiyini bildirib: "Şanslar bərabərdir, finalda favorit olmur. Komandam məqsədə çatmağımız üçün hər şeyi edəcək".
Baş məşqçi finalın "Neftçi"nin meydanında keçirilməsinin görüşə təsir edəcəyinə inanmır: "Bu stadion bizə yad deyil. Əsl futbol atmosferi üçün çox yaxşı arenadır. Çempionatda istədiyimiz yeri tutduq. Kuboku da qazanmağa iddialıyıq. Sabah fərqli "Qəbələ" görəcəyimizə inanıram".
Qeyd edək ki, iyunun 3-də oynanılacaq "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da start götürəcək.