02 iyun 2023 18:08
332

Emin Mahmudov: Kubok daha vacibdir, nəinki müqavilə

“İnanmıram ki, "Qəbələ" də bizim kimi kuboku istəyir”.

“İki sahil” xəbər verir ki, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

31 yaşlı futbolçu “Qəbələ” ilə Azərbaycan kubokunun finalına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Ona görə də, təzyiq bizdə daha çoxdur. Eynidir təzyiq. Bütün komandalar titul qazanmaq istəyir”.

- "Neftçi"də davam, yoxsa tamam? Bu suala cavab verməyəcəksənsə, "Neftçi" rəhbərliyinə cavabını nə vaxt deyəcəksən?

- Düşünməmişəm. Bütün konsentrasiyam kubokun finalına yönəlib. Müqavilə o qədər problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki müqavilə məsələsi.