01 iyun 2023 16:51
263

İsrail Pezidentinin Azərbaycana səfəri ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin təsdiqidir 

Məlumdur ki, mayın 30-da İsxak Hersoq Azərbaycana səfər etmişdir. Bu səfər hər iki ölkə üçün gözlənilən bir addım idi. Çünki bu görüş ölkələrimiz arasında dost münasibətlərinin inkişafına stimul verir. Uzun illərin dostluğu və nəticələri göz qabağındadır. 44 günlük müharibə zamanı biz bunun şahidi olduq. Bu dəfəki görüş hərtərəfli –iqtisadi və siyasi sahələrdə də vacib olan bir oldu. Təsadüfi deyil ki, Türkiyədə keçirilən demokratik seçkilərdən sonra İsxak Hersoqun Azərbaycana gəlişi qonşu İran dövlətinin təhdidlərinə səbəb olmuşdur.  Ona görə də Azərbaycan həm Türkiyə, həm də İsraillə birgə Tehranın ikitərəfli münasibətlərlə yanaşı, regional arenada yarada biləcəyi vəziyyəti təhlil edir.

Azərbaycan regional problemləri qaydaya salmaq üçün risklərə qarşı müdafiə sənayesini və təhlükəsizlik potensialını gücləndirir və bu sahədə Türkiyə və İsrail ona kömək edirlər.

Bu barədə respublika prezidenti öz bəyanatında vurğulayır ki, Azərbaycan İsrail əməkdaşlığı qırılmaz tellərlə bağlıdır. İsxak Hersoq İranın yaratdığı təhlükə və təhdidi İlham Əliyevlə müzakirə edərək vəziyyətin sabitləşəcəyini ehtimal edir.

İki ölkə arasında ticarət dövriyyəsi 1.7 milyard dollardan çoxdur. Birgə layihələr nəticəsində yeni ticarət dövriyyəsinin yaranması, investisiya layihələri və potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar yaranır.

Kənd təsərrüfatı sahəsində böyük nailiyyət əldə etmək üçün İsrailin müsbət təcrübəsindən yararlanmaq məqsədə uyğundur. Prezident İlham Əliyev çıxışında “ Azərbaycan uzun illərdir ki, müdafiə sənayesi sahəsində İsraillə əməkdaşlıq edir ” söyləmişdir. Görüşdə qeyd olundu ki, İsrailin müasir avadanlığının dünyaya çıxışı var.  Bu da bizim müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, milli maraqlarımızı müdafiə etməyə imkan yaradır.

Nümayəndə heyəti ilə görüşlərdən sonra belə qənaətə gəlinir ki, İsrail prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələri gücləndirəcək. İki ölkə arasında çox fəal dialoq mövcuddur. İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq. Görüşün sonunda İlham Əliyev qeyd etmişdir: Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərimizin inkişafına təkan verəcək.

Nazlı Maxsudova, 
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 35" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü