26 may 2023 17:08
386

“Liverpul” futbolçusu Fabio Karvalyonu icarəyə verəcək

“Liverpul” futbolçusu Fabio Karvalyonu icarəyə verəcək.

“İki sahil” xəbər verir ki, bunu İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Alman mütəxəssis bildirib ki, 21 yaşlı yarımmüdafiəçinin icarəyə verilmə ehtimalı çox yüksəkdir. Hazırda Fabio üçün uyğun variantlar axtarılır.

Qeyd edək ki, cari mövsümdə 13 matça çıxan Karvalyo 2 qol vurub.