26 may 2023 12:37
349

"Barselona"nın sabiq futbolçusu saxlanıldı

"Barselona"nın sabiq müdafiəçisi Duqlas Santos Braziliyada saxlanılıb.

"İki sahil" "Globo Esporte"yə istinadən xəbər verir ki, Santos odlu silahdan qeyri-qanuni istifadə edib. 

Futbolçu gecə saatlarında paytaxt Braziliya şəhərindəki dayanacaqlardan birində havaya atəş açıb.

Duqlas Santos daha sonra silahı meşəlik ərazidə gizlədib. Onun silahı hələ tapılmayıb, lakin oyunçunun özü atəş açdığını etiraf edib.

Qeyd edək ki, 32 yaşlı futbolçu hazırda klubsuzdur. Onun son klubu "Beşiktaş" olub. Santos "Barselona" ilə Çempionlar Liqasının qalibi, 2 dəfə İspaniya çempionu, 2 dəfə İspaniya kubokunun sahibi olub.