25 may 2023 17:04
411

PSJ "Bavariya"nın futbolçusu ilə razılaşdı

PSJ "Bavariya"nın futbolçusu Luka Hernandesi transfer edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Tərəflər artıq keçidlə bağlı prinsipial razılığa gəliblər.

Bu mövsüm 27 yaşlı müdafiəçi Bundesliqada 7 oyun keçirib. O, çarpaz bağ yırtığına görə bərpa prosesi keçir.

Fransa millisinin də üzvü olan Luka 2019-cu ildən Münhen təmsilçisndə oynayır.