İspaniya millisinin sabiq futbolçusu Andres İnyesta “Vissel Kobe”dən (Yaponiya) ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı vasitəsilə məlumat yayıb. İyulun 1-də, Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo” ilə görüş 39 yaşlı yarımmüdafiəçi üçün vida oyunu olacaq.
Qeyd edək ki, İnyesta “Barselona”nın yetirməsidir. O, 2018-ci ildən bəri “Vissel Kobe”də oynayırdı. Bu müddət ərzində İnyesta, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol vurub və 25 qolun ötürməsini verib.