"Barselona" daha bir futbolçusu ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, Kataloniya klubu müdafiəçisi Jordi Albanı yola salıb.
İspaniya klubu 34 yaşlı müdafiəçi ilə mövsümün sonuna qədər olan müqavilənin yenilənməyəcəyini açıqlayıb. Bu isə o deməkdi ki, Alba 2012-ci ildən şərəfini qoruduğu komanda ilə gələn ay vidalaşacaq.
Qeyd edək ki, "Barselona" bundan əvvəl kapitan Serxio Busketslə sağollaşıb.