24 may 2023 13:15
481

Mxitaryan final matçını buraxacaq

Ermənistanın futbol üzrə yığmasının keçmiş kapitanı Henrix Mxitaryan İtaliya kubokunun final matçında iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Milanın "İnter" klubunun baş məşqçisi Simone İndzaqi məlumat verib.

O, zədə səbəbindən “İnter”ə kömək edə bilməyəcək.

Mxitaryandan başqa, Milan Şkrinyar da final matçında iştirak etməyəcək.

Qeyd edək ki, bu gün "İnter" kubokun finalında "Fiorentina" ilə qarşılaşacaq.