PSJ-nin futbolçusu Marko Verratti “Mançester Siti”nin maraq dairəsinə düşüb.
“İki sahil” xəbər verir ki, İngiltərə çempionu italiyalı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.
Verrattinin Fransa klubundan getmək istəməsi Mançester təmsilçisində maraq oyadıb. Markonun xidmətində “Real” da maraqlıdır.
Qeyd edək ki, italiyalı 2012-ci ilin yayından PSJ-nin formasını geyinir. Onun müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatacaq.