23 may 2023 17:12
316

Kunde “Barselona”dan ayrıla bilər

Fransa millisinin futbolçusu Jül Kunde “Barselona”dan ayrıla bilər.

“İki sahil” xəbər verir ki, 24 yaşlı müdafiəçi İspaniya təmsilçisindən getməyə qərar verib.

O, klub rəhbərliyini də bu barədə məlumatlandırıb. Jül cinah müdafiəçisi kimi oynamasından narazıdır. Fransalı Xavi ilə də danışaraq təklifləri nəzərdən keçirmək istəyini bildirib.

Qeyd edək ki, Kunde cari mövsümdə 27 matç keçirib.